...

Dörd yaşlı bacısı oğlunun siqaretlə görüntülərini yayan kişi polisə çağırılıb (FOTO)

Hadisə Materials 11 Yanvar 2023 09:16 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə azyaşlının siqaret çəkməsini əks etdirən görüntülər araşdırılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin görüntülərin Şərur rayonu Xanlıqlar kənd sakini Mahmud Həsənov tərəfindən çəkilməsi müəyyən edilib.

Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 4 yaşlı bacısı oğlu ilə etdiyi hüquqazidd hərəkətlərə görə M.Həsənov polis orqanına dəvət edilib və barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti