...

Cəlilabadda həyat yoldaşını öldürən kişi intihara cəhd etdi

Hadisə Materials 6 Fevral 2023 09:07 (UTC +04:00)
Cəlilabadda həyat yoldaşını öldürən kişi intihara cəhd etdi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Cəlilabadda 31 yaşlı qadın qətlə yetirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə fevralın 6-da saat 07 radələrində Cəlilabad rayonu Muğan kəndində baş verib. 1992-ci il təvəllüdlü Günel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1987-ci il təvəllüdlü Elxan Əmanov hadisədən sonra sirkə turşusu içib. O xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti