...

Mehdiabadda narkotik satan və qanunsuz silah gəzdirən şəxslər saxlanılıb (VİDEO)

Hadisə Materials 8 Fevral 2023 13:13 (UTC +04:00)
Mehdiabadda narkotik satan və qanunsuz silah gəzdirən şəxslər saxlanılıb (VİDEO)

Bakı. Trend:

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Asəf Məmədov və Abbas Qafarov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu şəxslərdən ümumilikdə 7 kiloqrama yaxın narkotik vasitə marixuana aşkar edilib. Onların Mehdiabad və ətraf qəsəbələrdə narkotiklərin satışı ilə məşğul olduqları müəyyən edilib.

Bölmə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Polisə əvvəllər məhkum olunmuş Elbəyi Əmirovda odlu silah olması və satmaq istəməsi barədə əməliyyat məlumat daxil olub. Keçirilən tədbirlər nəticəsində həmin şəxs qısa zamanda tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 4 ədəd patron, həmin silaha məxsus daraq və narkotik vasitə heroin aşkar edilib.

Faktlarla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti