Bakı. Trend:
Bakıda narkotik istifadə edib avtomobil sürən şəxs həbs edilib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yol polisləri fevralın 9-da Binəqədi rayonu ərazisində postda Rüstəm Müslümovun idarə etdiyi “Haval” markalı avtomobili saxlayıb. Onun narkotik vasitənin təsiri altında olması müəyyən edilib və avtomobil duracağa yerləşdirilib.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və
333.2-ci maddələrinə əsasən protokol tərtib olunub.
Binəqədi rayon məhkəməsinin qərarı ilə R.Müslümov 2 il sürücülük
hüququndan məhrum edilərək 8 gün inzibati həbs olunub.