...

Bakıda keçmiş məhkum 2 nəfəri bıçaqladı, ölən var

Hadisə Materials 11 Fevral 2023 07:55 (UTC +04:00)
Bakıda keçmiş məhkum 2 nəfəri bıçaqladı, ölən var
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. TRend:

Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində iki nəfərin bıçaqlanması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, fevralın 11-də saat 02 radələrində qəsəbə sakini əvvəllər məhkum olunan, qəsəbə sakini, 1986-cı il təvəllüdlü Rauf Hüseynov münaqişə zəminində əvvəllər məhkum olunan, 1988-ci il təvəllüdlü Xəyal Rəhimovu və 2000-ci il təvəllüdlü İlkin Rzayevə bıçaq xəsarətləri yetirib. İ.Rzayev hadisə yerində ölüb, X.Rəhimov xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən R.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti