...

Bakıda 21 yaşlı qız mopeddən yıxılıb öldü

Hadisə Materials 1 May 2023 10:20 (UTC +04:00)
Bakıda 21 yaşlı qız mopeddən yıxılıb öldü
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda 21 yaşlı qız mopeddən yıxılıb ölüb.

Trend-in məlumatına görə, hadisə Xətai rayonu, Zığ Yolu küçəsi 2 ünvanın qarşısında baş verib.

Naməlum şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2002-ci il təvəllüdlü Həsənova Eliza Oruc qızının idarə etdiyi mopeddən yıxılaraq qapalı kəllə-beyin travması alıb.

2 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilən E.Həsənova aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti