...

Bu il 157 milyon 555 min manatlıq narkotik vasitələr dövriyyədən çıxarılıb

Hadisə Materials 16 İyun 2023 17:02 (UTC +04:00)
Bu il 157 milyon 555 min manatlıq narkotik vasitələr dövriyyədən çıxarılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-may ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda 157 milyon 555 min manatlıq narkotik vasitələr dövriyyədən çıxarılıb.

Trend bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən xəbər verir.

Bildirilib ki, 2023-cü ilin yanvar-may ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 3 ton 765 kq 317,349 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 157 milyon 555 min AZN kimi qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti