...

Bakıda propan qaz balonlarının olduğu sexdə yanğın olub

Hadisə Materials 5 Avqust 2023 08:36 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin Suraxanı rayonunda sexin ərazisində ümumi sahəsi 50 m² olan dəmir konstruksiyadan ibarət tikilinin taxta atmaları, 1 ədəd plastikdən ibarət pəncərəsi və həcmi 1 m³ olan yanacaq çəninin içərisində olan yanacaq yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tikilinin içərisində hər birinin həcmi 50 litr olan 9 ədəd propan qaz balonu təhlükəsiz əraziyə çıxarılıb.

Bitişik sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti