Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Neftçala rayonu, Qızılağac Milli Parkının ərazisində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, hadisə ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki helikopteri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.