...

Tanınmış bloqerin qəzadan sonrakı görüntüləri yayıldı (VİDEO)

Hadisə Materials 15 Avqust 2023 10:42 (UTC +04:00)
Tanınmış bloqerin qəzadan sonrakı görüntüləri yayıldı (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Mütəllimovun qəzaya düşdükdən sonrakı görüntüləri yayılıb.

Trend xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Qeyd edək ki, N.Mütəllimov idarə etdiyi "Porsche" markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bloqer və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli açıqlamasında bildirib ki, qəza nəticəsində bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

TƏBİB-dən verilən məlumatda deyilir ki, xəsarət alanlar - 29 yaşlı Nicat Mütəllimov sağ yuxarı ətrafın dirsəkdən amputasiyası, 23 yaşlı Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. Qəza nəticəsində həkimə qədər bir ölüm qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti