...

Batma təhlükəsi ilə üzləşən 13 nəfər xilas edilib

Hadisə Materials 21 Avqust 2023 00:15 (UTC +04:00)
Batma təhlükəsi ilə üzləşən 13 nəfər xilas edilib

Bakı. Trend:

Dənizdə batma təhlükəsi ilə üzləşən 13 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan”, “Nardaran-2” sularda xilasetmə məntəqələrinin ərazisində, “Mərdəkan”, “Bilgəh”, “Nardaran-2”, “Zuğulba-3”, “Şirvan” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) və “Aran” dalğıc-axtarış qrupundan kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 1-i uşaq olmaqla 13 nəfər xilas olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti