...

Cəlilabadda iki maşın toqquşdu - Xəsarət alanlar var

Hadisə Materials 8 Oktyabr 2023 22:39 (UTC +04:00)
Cəlilabadda iki maşın toqquşdu - Xəsarət alanlar var
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Cəlilabad rayonunda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata əsasən, “VAZ 2107” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Toqquşma nəticəsində xəsarət alanlar var. Xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti