...

Biləcəridə evdən oğurluq edən dəstə saxlanıldı

Hadisə Materials 23 Noyabr 2023 11:23 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Biləcəridə evdən oğurluq edən dəstə saxlanıldı.

Trend xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 20-nə keçən gecə Biləcəri qəsəbəsində evlərin birindən 4700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Mirkamal Ağayev, Sabirabad rayon sakini Məhəbbət İslamov, Xaçmaz rayon sakini Emin Rüstəmov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş Amil Nəsirov saxlanılıblar.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti