...

Bakıda qadın azyaşlı övladını taksidə qoyub qaçdı - RƏSMİ AÇIQLAMA (FOTO)

Hadisə Materials 9 Dekabr 2023 10:47 (UTC +04:00)
Bakıda qadın azyaşlı övladını taksidə qoyub qaçdı - RƏSMİ AÇIQLAMA (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə paytaxt ərazisində naməlum qadın azyaşlı körpəsini taksidə qoyaraq uzaqlaşıb.

Trend xəbər verir ki, qadın sürücüyə su alıb qayıdacağam deyib, lakin geri dönməyib.

Taksi sürücüsü hadisə ilə bağlı polisə müraciət edib. Azyaşlı “Qadın və Uşaq Sığınacağı”na yerləşdirilib.

Sığınacaqdan bildirilib ki, körpə qidalanıb və orada ona yer ayrılıb.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, hadisə barədə məlumatlıdırlar.

"Tapılan uşaq yaş yarımlıqdır. Səhəttində problem yoxdur. Ancaq hər ehtimala, həkim müayinəsindən keçiriləcək. Körpənin valideyninin tapılması ilə bağlı araşdırmalar gedir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti