...

Yağışlı havada yük maşını avtomobilə çırpılıb aşdı (VİDEO) (YENİLƏNİB)

Hadisə Materials 12 Dekabr 2023 16:38 (UTC +04:00)
Yağışlı havada yük maşını avtomobilə çırpılıb aşdı (VİDEO) (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Baş verən yol-nəqliyyat hadisəsi səbəbindən “Qələbə” dairəsindən Ziya Bünyadov prospekti istiqamətində avtomobillərin hərəkətinə qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

Trend xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

xxx

15:25

Yağışlı hava şəraitində yollarda diqqətli olmamaq, sürət həddinə əməl etməmək, xüsusilə də ara məsafəsi saxlamamaq yol-nəqliyyat hadisələrinin baş verməsini qaçılmaz edir.

Trend xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

Qeyd olunub ki, belə bir hadisə bu gün Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsində, Ziya Bünyadov prospekti istiqamətində baş verib.

Məlumata görə, qəza səbəbindən hazırda “Qələbə” dairəsindən Ziya Bünyadov prospekti istiqamətində avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti