Bakı. Trend:
Cəlilabad rayonun sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Keçirilən növbəti tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 11 ədəd müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.
Ümumilikdə isə cari ilin əvvəlindən şöbə əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində keçirilən əməliyyat və profilaktiki tədbirlər zamanı 3 ədəd avtomat, 1 ədəd tapança, 59 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.