...

Bərdədə əczaxana yanıb

Hadisə Materials 20 Fevral 2024 08:54 (UTC +04:00)
Bərdədə əczaxana yanıb

Bakı. Trend:

Bərdə şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bərdə şəhərində bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən ümumi sahəsi 52 m² olan əczaxananın yanar konstruksiyaları yanıb. Bitişik obyektlər mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti