...

Bakı sərnişin stansiyasında “Stadler” qatarında qısaqapanma baş verib - ADY

Hadisə Materials 26 Fevral 2024 14:54 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

26 fevral tarixində saat 13:45 radələrində Bakı sərnişin stansiyasında “Stadler” qatarı manevr edərkən kontakt şəbəkəsində qısaqapanma baş verib.

Trend bu barədə "Azərbaycan Dəmir Yolları "QSC -yə istinadən xəbər verir.

Məlumata görə, nəticədə qatarın damında tüstülənmə müşahidə olunub. Qatar heyəti tərəfindən yanğından mühafizə vasitələri ilə hadisənin qarşısı operativ olaraq alınıb.

Qeyd edək ki, depoya gedən qatarda sərnişin olmayıb. Hadisə nəticəsində xəsarət alan yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti