...

İki nəfər narkotiklə tutulub

Hadisə Materials 28 İyun 2024 10:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İki nəfər narkotiklə tutulub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Aqil Abbasov Zabrat dəmir yolu stansiyası ərazisində saxlanılıb. Ondan 360 qram marixuana aşkar olunaraq götürülüb.

Xaçmaz dəmir yolu stansiyası ərazisində keçirilən tədbirlərlə saxlanılan İmamverdi Piriyevdən isə 180 qram marixuana aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti