Bakı. Trend:
ABŞ Azərbaycana milyard dollardan çox yardım edib.
Trend xəbər verir ki, bunu bu gün ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi ABŞ-nin Müstəqillik Gününə həsr olunmuş tədbirdə deyib.
"Azərbaycan müstəqilliyini yenə qazandıqdan bəri Birləşmiş Ştatlar təhsil və iqtisadi inkişafı gücləndirmək, münaqişədən əziyyət çəkən məcburi köçkünlərə kömək etmək və ölkəni öldürücü minalardan azad etmək üçün 1 milyard dollardan çox vəsait təmin edib", - deyib.
Səfir qeyd edib ki, ABŞ bu tərəfdaşlığın perspektivli davamına ümid edir.
"Biz Azərbaycan və region üçün sülh, tərəqqi və təhlükəsizliyi təmin edən daha dərin gələcək tərəfdaşlığı birgə arzu edirik", - Mark Libbi əlavə edib.
Diplomat qeyd edib ki, bu il güclü, strateji mühüm enerji əlaqələrimizin transformasiyasının da şahidi oluruq.
"ABŞ-Azərbaycan enerji tərəfdaşlığının ilk onilliyində Amerika Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizinin konsepsiyası, inşası və əməliyyatına vacib dəstək göstərib. Bu layihələr bizim ən valehedici, ortaq nailiyyətlərimiz arasındadır. ABŞ-Azərbaycan tərəfdaşlığı olmadan bu enerji infrastrukturu mövcud olmazdı, Avropanın daha az enerji təhlükəsizliyi olardı və Azərbaycan lap daha az inkişaf edərdi", - deyə səfir qeyd edib.