...

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə Materials 7 İyul 2024 09:52 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Nəsimi rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 15 m² olan obyektin içərisində 2 ədəd məişət avadanlığı yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavanı 1 m² sahədə əriyib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti