Bakı. Trend:
Berlində Federal Kansler Ofisinin bir neçə yüz metrliyində baş verən bıçaqlanma nəticəsində ən azı 4 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə “Bild am Sonntag” qəzeti xəbər verib.
Qəzetin məlumatına görə, polis şübhəli şəxsi Berlinin mərkəzi stansiyasının yaxınlığında saxlayıb. Yaralılar xəstəxanalara aparılıb, hadisə yerinə xilasedicilər və helikopter göndərilib.
Hazırda hadisənin digər detalları barədə məlumat verilməyib.