...

Müharibə iştirakçılarını aldadıb 60 min manat mənimsəyən şəxs tutuldu

Hadisə Materials 26 Sentyabr 2024 14:47 (UTC +04:00)
Müharibə iştirakçılarını aldadıb 60 min manat mənimsəyən şəxs tutuldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Müharibə iştirakçılarına qarşı dələduzluq edən şəxs tutulub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı ayrı-ayrı vətəndaşların vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən Əhməd Abdulkərimov saxlanılıb.

Araşdırmalarla onun özünü dövlət qurumlarından birinin keçmiş əməkdaşı və hüquq müdafiəçisi kimi təqdim edərək əsasən müharibə iştirakçılarını güzəştli mənzil, avtomobil, sığorta pulu, əlilliklə bağlı verilən məvacibi müddətsiz edəcəyi adı altında aldadaraq, zərərçəkənlərin ümumilikdə 60 min manata yaxın pulunu ələ keçirdiyi müəyyən olunub.

Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Ə.Abdulkərimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə istintaq hərəkətləri davam etdirilir.

Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti