...

Salyanda narkotiklərin satışı ilə məşğul olan şəxs həbs edilib (FOTO)

Hadisə Materials 1 Aprel 2025 10:40 (UTC +04:00)
Salyanda narkotiklərin satışı ilə məşğul olan şəxs həbs edilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Bəhruz Həsənov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, ondan 6 kiloqram marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, B.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti