Bakı. Trend:
06 aprel 2025-ci il tarixində saat 23:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisindən bir şəxsin halının pisləşməsi ilə bağlı çağırış daxil olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb edilib.
Ünvanda sərxoş vəziyyətdə olan şəxs (kişi cinsli) heç bir əsas olmadan feldşerə bıçaqla xəsarət yetirib. Feldşerə yerində ilkin tibbi yardım göstərilib. Həmçinin məlum olub ki, o, çağırışı edərkən əlaqə nömrəsini də yanlış təqdim edib. Baş vermiş insidentlə bağlı məlumat hüquq-mühafizə orqanlarına təqdim olunub və faktla bağlı araşdırma aparılır.
XXX
12:46
Daşkəsəndə xəstə çağırışa gedən həkimə bıçaqla xəsarət yetirib.
Trend xəbər verir ki, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb.
Belə ki, çağırışa gedən Daşkəsən Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi 1991-ci il təvəllüdlü Aydın Abbaslıya xəstə tərəfindən bıçaqla xəsarət yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Şahin Əliyev polis əməkdaşları tərəfindən tutulub.