...

Cəbrayıl və Füzul rayonlarında yanğının söndürülməsi davam edir (YENİLƏNİB)

Hadisə Materials 8 Yanvar 2026 08:46 (UTC +04:00)
Cəbrayıl və Füzul rayonlarında yanğının söndürülməsi davam edir (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq olaraq Cəbrayıl və Füzuli Rayon Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub.

Hazırda əsasən kol-kosdan ibarət sahələrdəki yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

xxx

23:58

Cəbrayıl rayonunda geniş miqyaslı yanğın başlayıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, yanğın hadisəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində başlayıb.

Daha sonra Füzuli rayon Qazaxlar və Mirzənağılılar kəndi ərazilərinə yayılıb. Geniş ərazilərə yayılan yanğın hazırda sərhəd boyunca davam edir. Yanğın baş verən əraziyə FHN-nin Füzuli rayonunun yanğınsöndürən bölməsinin 3 maşını şəxsi heyətlə, Cəbrayıl rayonunun isə 2 yanğınsöndürən bölməsinin avtomobili şəxsi heyətlə cəlb olunub. Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti