...

Füzulinin Molla Məhərrəmli kəndində yenidən alov müşahidə olunur (FOTO)

Hadisə Materials 8 Yanvar 2026 15:37 (UTC +04:00)
Füzulinin Molla Məhərrəmli kəndində yenidən alov müşahidə olunur (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Füzuli. Trend:

Xəbər verildiyi kimi, ötən gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə başlayan yanğın bu gün Füzuli rayonunun Mollaməhərrəmli kəndi ərazisində müşahidə olunur.

Trend-in Qarabağ bürosu xəbər verir ki, yanğın vətəndaş məsuliyyətsizliyi səbəbindən başlayıb və hazırda qarşısı alınır.

Əhmədalılar kənd sakinlərinin sözlərinə görə, vətəndaş məsuliyyətsizliyi nəticəsində yaranan yanğın, Cəbrayıl və Füzuli rayonlarında bir neçə yaşayış məntəqəsini alov almasına çox yaxın olub.

Küləkli hava şəraitində baş verən yanğının yerli sakinlərə zərər verməməsinin səbəbi küləyin əks istiqamətə əsməsi olub. Əks halda, Cəbrayılın Cocuq Mərcanlı kəndi, Füzulinin Horadiz şəhəri, Əhmədalılar qəsəbəsi, Qazaxlar, Mirzənağılı və Mollaməhərrəmli kəndləri alov altında qala bilərdi.

Qeyd edək ki, həmin ərazilərdə hələ də tüstü və duman müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti