...

Bakının Keşlə qəsəbəsinin sakini evinin yanması nəticəsində həlak olub

Hadisə Materials 19 Yanvar 2007 12:29 (UTC +04:00)

Yanvar aynın 19-da saat 08:03 rədələrində Bakı şəhəri Keşlə qəsəbəsi Zakir küçəsi, ev 29- da yanğın baş verib. Bu barədə Trend ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğın nəticəsində ümumi sahəsi 120 kv.m. olan 4 otaqlı ev tam yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi 1924-cü il təvəllüdlü Rəcəbov Savalan Məmiş oğlunun meyidi aşkar olunub.

Yanğın 08:52-də Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb. Yanğının səbəbi və dəyən ziyan müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti