...

Ağdamda içərisində insan sümükləri olan küp tapılıb

Hadisə Materials 30 İyun 2007 14:45 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Ağdam rayonunun Elci qəsəbəsində müvəqqəti məskunlaşan Ağdam məcburi köçkünü Gözəl Xanış qızı Əhmədovaya məxsus evin həyətyanı sahəsindən uzunluğu 130 sm, diametri isə 281 sm olan böyük saxsı küp tapılıb. Ev sahibinin sözlərinə görə, mal-qara üçün kölgəlik yeri düzəldərkən 3 metrə yaxın quyudan çıxan küpün içindən insan sümükləri ilə bərabər qədimi əşyalar da aşkar olunub. Kəndin qocaman sakinlərinin sözlərinə görə, bu kimi tarixi tapıntılar bir neçə dəfə baş verib.

Xəbər lenti

Xəbər lenti