...

Şəkidə yağan güclü yağış rayona ciddi ziyan vurub

Hadisə Materials 22 Avqust 2007 19:14 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend , müxbir E.Quliyev/ Şəki rayonuna çərşənbə günü yağan güclü yağışlar nəticəsində bəzi kəndlərə və şəhərin özünə ciddi ziyan dəyib. Rayon Hidrometeorologiya Bürosunun müdiri Akif Abbasovun verdiyi məlumata görə, çərşənbə günü saat 16.30-dan etibarən güclü küləklə müşayət olunan leysan yağış ən çox şəhərin "Yuxarı Baş" adlanan ərazisinə düşüb və Kuncut çayında daşqınlara səbəb olub.

Rayon Fövqəladə Hallar Komissiyasinin sədri Valeh Ələkbərovun sözlərinə görə, şəhərə ciddi ziyan dəyib və hazırda ziyanın məbləği müəyyənləşdirilir. Şəhərin bəzi yerlərində iki metrə yaxın asfalt örtüyünə və 20-dən artıq evə ciddi ziyan dəyib.

Şəki paytaxt Bakıdan 320 kilometr şimal-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti