...

Brus Linin evi satılır

Maraqlı Materials 25 Oktyabr 2012 13:05 (UTC +04:00)
Hong Kongda Kung Fu və kino əfsanəsi Brus Linin bir zamanlar yaşadığı ev satışa çıxarılacaq. Bu barədə Trend Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir.
Brus Linin evi satılır

Azərbaycan, Bakı, 25 oktyabr / Trend, müxbir X.Murtuzayeva/

Hong Kongda Kung Fu və kino əfsanəsi Brus Linin bir zamanlar yaşadığı ev satışa çıxarılacaq. Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir.

Mülkün hazırki sahibi Yu Panglin evin muzeyə çevrilməsi üçün hökumətlə aparılan danışıqların uğursuzluqla nəticələnməsindən sonra onu satmağı qərara alıb. 90 yaşlı milyarderin sözlərinə görə, hökumət dəstək vermədiyi üçün artıq evi muzeyə çevirməyi düşünmür. O, binaya 180 milyon Hong Kong dolları (23 milyon ABŞ dolları) dəyərində qiymət qoyub.

Qeyd edək ki, 1973-cü ildə 32 yaşında dərman zəhərlənməsi nəticəsində həyatını itirən Brus Linin Hong Kongun lüks rayonlarından birindəki evindən hazırda hotel kimi istifadə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti