...

Avstraliyada bir milyard dollarlıq narkotik ələ keçirildi

Maraqlı Materials 29 Noyabr 2014 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Avstraliya polisi keçirdiyi xüsusi əməliyyat zamanı altı nəfəri həbs edib. Həbs olunarkən onlardan bir milyard dollardan artıq məbləğdə narkotik vasitələr götürülüb. Bu barədə Trend BBC-nin Rus xidmətinə istinadən xəbər verir.

Ekstazi və kristal metamfetamin Almaniyadan gələn mebel konteynerində aşkar edilib.

Bu, dəyərinə görə Avstraliyada müsadirə olunan ikinci böyük narkotik partiyasıdır.

Həmin şəxslərə ömürlük həbs cəzası verilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti