...

Dünyanın ən zəif millisi mundialın növbəti mərhələsində

Maraqlı Materials 17 Mart 2015 21:30 (UTC +04:00)
Futbol üzrə Butan yığması 2018-ci il dünya çempionatının seçmə mərhələsinin ilkin raundu çərçivəsində Şri-Lanka millisi üzərində qələbə qazanıb.
Dünyanın ən zəif millisi mundialın növbəti mərhələsində

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir Məftun Salmanov/

Futbol üzrə Butan yığması 2018-ci il dünya çempionatının seçmə mərhələsinin ilkin raundu çərçivəsində Şri-Lanka millisi üzərində qələbə qazanıb.

Trend-in məlumatına görə, cavab oyunu 2-1 hesabı ilə başa çatıb. İlk matçda da Butan 1-0 hesabı ilə üstün olmuşdu.

Butan təsnifat raundunda 5 komandadan ibarət 8 qrupdan birinə düşəcək, yekunda isə mundiala yola düşmək üçün Yaponiya, İran və Cənubi Koreya kimi ölkələrlə qarşılaşa bilər.

Qeyd edək ki, Butan FIFA-nın reytinqində sonuncu - 209-cu yeri tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti