...

Yer kürəsinə bənzər yeni planet tapıldı

Maraqlı Materials 25 İyul 2015 03:40
ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yer kürəsinə bənzər yeni planet aşkar etdiyini bəyan edib.
Yer kürəsinə bənzər yeni planet tapıldı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 iyul /Trend/

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yer kürəsinə bənzər yeni planet aşkar etdiyini bəyan edib.

Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, "Kepler 452b" adlandırılan bu planet orbitdə günəşə bənzər ulduz ətrafında 385 günə bir dövrə vurur. Yeni tapılan planetdə temperaturun ilıq olması və maye suyun mövcudluğu üçün uyğun olması ehtimal edilir.

Planetin ölçüsünün yer kürəsindən bir qədər böyük olduğu bildirilir. Eyni zamanda "Kepler 452b"nin buludlu atmosferinin və aktiv vulkanlarının olması ehtimal edilir. Yeni planetin araşdırılması davam edir.

Xəbər lenti

Xəbər lenti