Azərbaycan, Bakı, 23 sentyabr /Trend/
Fransanın "Guides de Routard" nəşri ölkədə ilk dəfə olaraq qaçqınlar üçün soraq kitabçası hazırlayıb. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, kitabça "Hello!" adlanır.
85 səhifəlik soraq kitabçası yalnız illüstrasiyalardan ibarətdir.
Məsələn, kitabçada məscid və kilsələrin necə görünməsi, bankomatlardan necə istifadə edilməsi və ya həkimin köməyinə ehtiyac olduqda nə etmək lazım gəldiyi izah edilir.