...

40 il əvvəl tapılan qədim küp (FOTO)

Maraqlı Materials 15 Fevral 2016 21:31 (UTC +04:00)
Tovuzun Hacallı kənd sakini illər öncə həyətindən tapdığı əşyanı bu gün də qoruyub saxlayır.
40 il əvvəl tapılan qədim küp (FOTO)

Bakı. Trend:

Tovuzun Hacallı kənd sakini illər öncə həyətindən tapdığı əşyanı bu gün də qoruyub saxlayır. O bu əşyanın rayonun qədimliyindən xəbər verdiyinə inanır.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, 40 il əvvəl Habil Əhmədova məxsus evin həyətində tövlə üçün qazıntı işləri aparılan zaman böyük küp tapılıb. Ev sahibləri onun daş-qaşla dolu olduğunu zənn etsələr də, içərisindən heyvan sümükləri çıxıb. Kənd ağsaqalları küpün tapıldığı ərazinin qədim yurd yeri olduğunu, bu səbəbdən də burada böyük ölçülü qabların, sümüklərin çox olduğunu iddia edirlər. Küpdən buğda, un və digər məhsulları saxlamaq üçün istifadə edilir.

Tək Hacallı kəndində deyil, Tovuzun Yuxarı Öysüzlü, Əlibəyli kəndlərində də bu cür qədim qablar, əşyalar aşkarlanır. Bu səbəbdən yerli sakinlər ərazinin geniş təqdiqata ehtiyacı olduğunu bildirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti