...

Azərbaycanda yenilik: Həkimlər xəstələrə məsafədən nəzarət edəcəklər

Maraqlı Materials 2 Noyabr 2016 11:13 (UTC +04:00)
İlk dəfə tətbiq olunan trans-telefon EKQ sisteminin əməli fəaliyyəti Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında həyata keçirilib.
Azərbaycanda yenilik: Həkimlər xəstələrə məsafədən nəzarət edəcəklər

Bakı. Trend:

Azərbaycanda ilk dəfə tətbiq olunan trans-telefon EKQ sisteminin əməli fəaliyyəti Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında həyata keçirilib. Bu barədə Trend-ə Tədris Terapevtik Klinikasının kardioloqu Fərid Əliyev məlumat verib.

F.Əliyev bildirib ki, bu, normal EKQ sistemi olmaqla, xəstənin üzərində daşına bilinən funksiyası var: “Sistem mobil telefon vasitəsilə idarə olunur. Xəstənin harada olmasından asılı olmayaraq, GSM xətti üzərindən işləyir. Həkim istədiyi zaman xəstə ilə bağlantı quraraq (əsasən internet və telefonların işlədiyi yerdə) xəstədə olan şikayətləri izləyə bilir. Xəstənin hər hansı şikayəti olduğu halda bir düyməyə basmaqla kardioqram qeydlərini aparır. Bu sistem əsasən nadir şikayətləri olan (3-4 ayda bir) və riskli xəstələr üçün istifadə olunur”.

Cihazın əsas özəlliklərini vurğulayan həkim bu cihazın mobil şəbəkənin olmadığı yerlərdə xəstə ilə bağlı şikayətləri qeyd etdiyini və mobil şəbəkəyə keçildiyi andan etibarən lazımi məlumatları birbaşa mərkəzə ötürdüyünü də bildirib.

F.Əliyev onu da qeyd edib ki, bu sistem sayəsində xəstədəki ürək ritminin 24 saatlıq nəzarəti uzunmüddətli (aylıq) aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti