...

Bu itlər "Aeroflot"da "uçmayacaqlar"

Maraqlı Materials 19 Dekabr 2016 20:50 (UTC +04:00)
Buldoq, pug və digər qısa və yastı burunlu it cinslərini "Aeroflot" reyslərində daşımaq qadağan edilib.
Bu itlər "Aeroflot"da "uçmayacaqlar"

Bakı. Trend:

Buldoq, pug və digər qısa və yastı burunlu it cinslərini "Aeroflot" reyslərində daşımaq qadağan edilib.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin ("Rosselxoznadzor") saytında yazılıb.

Məlumatda deyilir ki, bu ilin 1 dekabrından "Aeroflot" şirkəti "braxisefal" it növlərinin (buldoq, pekines, pug, şarpey və s.), gələn ilin martın 1-dən isə aqressiv və döyüşkən it növlərinin daşınmasına qadağa qoyacaq.

Qeyd edək ki, bir neçə ay əvvəl mətbuatda "Aeroflot"un Dubay-Moskva reysi ilə uçan təyyarənin baqaj hissəsində fransız buldoqunun donvurmadan öldüyü ilə bağlı məlumat yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti