...

Britaniyada möhtəşəm qütb parıltısı (FOTO/VİDEO)

Maraqlı Materials 3 Mart 2017 12:10 (UTC +04:00)
İngiltərənin şimalında və Şotlandiyada çərşənbə günü axşam qütb parıltısı müşahidə olunub.
Britaniyada möhtəşəm qütb parıltısı (FOTO/VİDEO)

Bakı. Trend:

İngiltərənin şimalında və Şotlandiyada çərşənbə günü axşam qütb parıltısı müşahidə olunub.

Trend-in məlumatına görə, insanlar bu qeyri-adi təbiət hadisəsini dərhal telefon və fotoaparatlarının yaddaşına köçürüblər.

Ötən ay Redinq Universitetinin professoru Maykl Ouens bildirmişdi ki, tezliklə Günəşin dövrü fəallığı son 300 il ərzində minimum göstəriciyə çatacaq. Bu o deməkdir ki, tədricən Britaniyada qütb parıltısına daha az rast gəlinəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti