...

Jestləri tanıyan əlcək hazırlandı

Maraqlı Materials 18 Avqust 2017 13:05 (UTC +04:00)
Kaliforniya Universitetinin bir qrup alimi lal-kar insanlar tərəfindən istifadə edilən jest dilini anlamaq üçün "ağıllı" əlcək hazırlayıblar.
Jestləri tanıyan əlcək hazırlandı

Bakı. Trend:

Kaliforniya Universitetinin bir qrup alimi lal-kar insanlar tərəfindən istifadə edilən jest dilini anlamaq üçün "ağıllı" əlcək hazırlayıblar. Ünsiyyəti asanlaşdıran “Smart Glove” əl jestlərini tanıyaraq onları mətnə çevirir.

Trend-in məlumatına görə, əlcək 9 elastik datçikə malikdir və baş barmaqdan başqa hər bir barmağa iki datçik birləşdirilib. Sensorlar biləkdə yerləşdirilmiş sistem lövhəsinə qoşulub. Sözügedən sistem lövhəsi jest dilinin hərfinə uyğun gələn barmaqların vəziyyətini tanıyaraq latın əlifbası hərfini generasiya edir.

Jestlər doqquzrəqəmli (datçiklərin sayına görə) kodla kodlaşdırılır, hər bir rəqəm müvafiq barmağın yerləşmə vəziyyətindən asılı olaraq 1 və ya 0 qiymətini ala bilər. Yekun qiymət konkret bir hərfə uyğun gəlir.

Sözügedən əlcək eyni jestləri fərqləndirmək üçün akselerometr və təzyiq datçiki ilə təchiz edilib. Bundan sonra sistem kodları hərflərə çevirir və onları kompüterin ekranında göstərmək üçün “Bluetooth” vasitəsilə göndərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti