Bakı. Trend:
Müasir dövrdə avtomobil istehsalında ağac materiallarından demək olar ki istifadə edilmir. Yalnız bəzi bahalı avtomobillərdə, xüsusilə də limuzinlərdə salonun bəzədilməsində taxtadan bəzək, naxış düzəldilir.
Lakin 70 il əvvəl - Avropada müharibədən sonrakı yoxsulluq səbəbindən, ABŞ-da isə əksinə, zövqə, istəyə uyğun olaraq maşınların banının bir hissəsi ağac materiallarından hazırlanırdı. Adətən ucuz ağcaqayın və şam ağaclarından, nadir hallarda isə palıddan istifadə olunurdu.
Belə maşınlara qeyri-rəsmi olaraq "woodie", yəni "taxta parçası" adı verilmişdi.
Trend bu yaxınlarda Çikaqoda keçirilmiş hərracda satışa çıxarılan bəzi "taxta avtomobillər"in fotolarını təqdim edir: