...

Poçt göyərçini fantastik qiymətə satıldı

Maraqlı Materials 12 Aprel 2019 12:14 (UTC +04:00)
Poçt göyərçini fantastik qiymətə satıldı.
Poçt göyərçini fantastik qiymətə satıldı

Bakı. Trend:

Belçikada poçt göyərçini rekord qiymətə - 1,2 milyon avroya satılıb.

Trend-in "Azərpoçt" MMC-nin saytına istinadən verdiyi məlumata görə, "Armando" adlı göyərçini kimliyi açıqlanmayan çinli milyonçu alıb. Poçt göyərçini gündəlik 1100 kilometrdən çox məsafə qət edə bilir. Onun orta uçuş sürəti saatda 90 kilometrə yaxındır. Maksimal sürəti isə saatda 150 kilometrə çatır.

Ticarət sessiyasında ümumilikdə iki milyon avro məbləğində 178 Flandriya göyərçini satılıb.

Qeyd edək ki, göyərçinlər çox qədimdən insanlar tərəfindən əhliləşdirilməyə başlanılıb. İnsanlar onlardan poçtalyon kimi də istifadə ediblər. 11-12-ci əsrlərdə göyərçinlər cins atlar qədər qiymətli olublar. Poçt göyərçinləri uzaq məsafələri qət edə bilirlər. Ən uzaq məsafəyə uçan göyərçinin rekordu 1689 mildir, yəni təxminən 2719 km-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti