Bakı. Trend:
2014-cü ildə "Ginnes" rekordlar kitabına düşən dünyanın ən kök insanı britaniyalı Pol Meyson bu il çəkisini daha 100 kiloqram artırıb.
Trend-in məlumatına görə, buna səbəb 59 yaşlı Suffolka sakininin sevgilisindən ayrılması olub.
2014-cü ildə 445 kiloqram çəkiyə malik kişi bir müddət sonra əməliyyat olunur və 324 kq-a düşür. Sevgilisi ilə ayrıldıqdan sonra daha 100 kiloqram kökələn Pol Meyson bunu keçirdiyi stres nəticəsində iştah qabiliyyətinin artması ilə izah edib.
Hazırda onun çəkisi 420 kiloqramı keçib.