...

YENİLİK! Diabet xəstəliyi eynəklə müəyyən ediləcək

Maraqlı Materials 6 Dekabr 2019 11:21 (UTC +04:00)

Bakı. Trend:

ABŞ və Braziliya alimləri tərəfindən istifadəçinin göz yaşları vasitəsilə qanda şəkərin səviyyəsini ölçə bilən eynək üçün biosensor hazırlanıb. Trend-in məlumatına görə, cihazın dünya üzrə şəkərli diabet xəstəliyindən əziyyət çəkən 380 milyon insana kömək edəcəyi gözlənilir.

Eynəyə quraşdırılmış yeni biosensor istifadəçinin göz yaşında qlükozanın molekullarını müəyyən etməklə yanaşı, qanda şəkər, vitamin və alkoqolun səviyyəsini də ölçür.

Belə ki, qlükoza oksidi ilə təmas zamanı istifadəçinin göz yaşı elektronların axınını dəyişdirərək siqnal formalaşdırır. Daha sonra isə eynəyin qövsündə quraşdırılmış qurğuda yazılıb emal edilən nəticələr real vaxt çərçivəsində kompüterə və ya smartfona yönləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti