...

Mütəxəssislər xəbərdarlıq edir: 2025-ci ildə “internet qiyaməti” yaşana bilər

Maraqlı Materials 14 İyul 2023 18:50 (UTC +04:00)
Mütəxəssislər xəbərdarlıq edir: 2025-ci ildə “internet qiyaməti” yaşana bilər
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Yer kürəsini 2025-ci ildə güclü günəş qasırğasının vuracağı və bunun "internet qiyaməti"nə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.

Trend-in məlumatına görə, bu fenomenin səbəbi günəşin 2025-ci ildə öz dövrünün pik nöqtəsinə çatacağı ilə izah edilir. Bu vəziyyət dünyanın dörd bir yanındakı kompüterlərdə ciddi nasazlıqlara və hətta elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər. Mütəxəssislər günəş dövrü bitdikdən sonra güclü maqnit qasırğasının yer kürəsini vuracağı və öyrəşdiyimiz kimi internetin sona çata biləcəyini bildirirlər.

1755-ci ildə qeydlər başlayandan bəri dövr dəyişikliyi 25 dəfə baş verdiyi üçün bu qeyri-adi olmasa da, mütəxəssislər hazırkı dövrənin "daha sürətlə getdiyindən" narahatdırlar. Çünki mütəxəssislər əvvəllər düşünüldüyündən daha çox günəş ləkəsi və partlayış gördüklərinə diqqət çəkirlər.

“NASA” internetin sonunun 2025-ci ildə günəş fırtınası ilə nəticələnəcəyi ehtimalını hələ şərh etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti