...

Azərbaycan Dağlıq Qarabağda yerləşən kürd döyüşçülərinə qarşı antiterror əməliyyatları aparmağa hazırdır(video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Dekabr 2007 16:38 (UTC +04:00)
Azərbaycan Dağlıq Qarabağda yerləşən kürd döyüşçülərinə qarşı antiterror əməliyyatları aparmağa hazırdır(video)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ Azərbaycan Kürd Fəhlə Partiyasının (KFP) Dağlıq Qarabağda yerləşən döyüş dəstələrinə qarşı antiterror əməliyyatları aparmağa hazırdır. Bu barədə jurnalistlərə bazar ertəsi Xarici İşlər nazirinin müavini Araz Əzimov məlumat verib. O, bildirib ki, KFP-nin Dağlıq Qarabağda yerləşməsi Azərabaycanın əvvəlki bəyanatlarında nə qədər haqlı olduğunu göstərir. Artıq neçə illərdir ki ,rəsmi Bakı Ermənistanı işğal olunan Dağlıq Qarabağda, Yaxın Şərqdən çıxan erməniləri və kürdləri yerləşdirməkdə ittiham edir. "Biz bundan narahat oluruq. Əgər antitterror əməliyyatları keçirmək lazım gəlsə, biz bunu edəcəyik" - Əzimov bildirib. Onun sözlərinə görə, ermənilər daim terroçu təşkilatlara əməkdaşlıq ediblər. O, Azərbaycanın işğal olunan torpaqlarında nə baş verdiyini öyrənmək üçün, Bakının bu torpaqların azad olunmasını istədiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti