...

Erməni əsirliyində olan əsgər ailəsinə məktub yazmaqdan imtina edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Yanvar 2008 18:44 (UTC +04:00)
Erməni əsirliyində olan əsgər ailəsinə məktub yazmaqdan imtina edib

Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir K. Zərbalıyeva/ Ermənistanda əsirlikdə olan Azərbaycan Ordusunun əsgəri ailəsinə məktub yazmaqdan və telefon əlaqəsindən imtina edib.Bu barədə cümə günü Trend ə məlumat verən əsir Samir Məmmədovun əmisi Vidadi Məmmədov bildirib.

Samir Məmmədov 2005-ci il dekabrın 24-də xidmət etdiyi hərbi hissənin yaxınlığında əsir götürülüb.

Məmmədovun sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Samir Məmmədovla görüşüblər. Görüş barədə əsirin ailəsinə məlumat verən BQXK-nin nümayəndələri deyib ki, Samir Məmmədovun səhhəti normaldır. O, ailəsi ilə əlaqə saxlamaq istəməyib və fotosunun çəkilməsinə də imkan verməyib.

Məmmədov ailəsinə sonuncu məktubunu ötən ilin martında göndərib.

Ermənistan mətbuatı onun Azərbaycana qayıtmaqdan imtina etdiyi barədə məlumatlar yayıb.

Azərbaycan tərəfi və əsirin ailəsi bu məlumatları erməni təxribatı kimi qiymətləndirir.

Xəbər lenti

Xəbər lenti