...

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri əsirlikdə olan Azərbaycan əsgərinə baş çəkiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Aprel 2008 19:19 (UTC +04:00)

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Dağlıq Qarabağ ərazisində əsirlikdə olan Azərbaycan əsgərinə baş çəkiblər.

BQXK-nin Dağlıq Qarabağdakı nümayəndə heyətinin rəhbəri Jak Barberisin "Armİnfo"ya verdiyi məlumata görə, BQXK-nin nümayəndələri aprelin 16-da əsirlikdə olan Azərbaycan əsgərinə baş çəkərək komitənin mandatına uyğun olaraq, onun saxlandığı şəraitin monitorinqini keçiriblər.

BQXK-nin nümayəndə heyətinin rəhbəri əsirin saxlanılma şəraiti və şəxsən özünün vəziyyəti barədə sualları detalları ilə cavablandırmaq istəməyib və qeyd edib ki, BQXK nümayəndələri iradlarını hökumətin müvafiq orqanlarına təqdim edirlər.

Eyni zamanda, Barberis məlumat verib ki, əsirə BQXK-nin vasitəsilə doğmaları ilə ailə mahiyyətli məlumat mübadiləsi aparmaq imkanı verilib.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri 1989-cu ildə anadan olmuş Vüsal Heybətov aprelin 11-də Ermənistan Silahlı Quvvələri tərəfindən əsir götürülüb.

Xəbər lenti

Xəbər lenti