...

Kondoliza Rays və Tiqran Sarkisyan ATƏT MQ-nin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə formatını dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Oktyabr 2008 12:28 (UTC +04:00)

ABŞ-ın Dövlət katibi Kondoliza Rays və Ermənistanın Baş naziri Tiqran Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi üzrə danışıqların ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan format üzrə davam etdirilməsini doğru hesab edirlər.

"Dövlət katibi çərşənbə axşamı Vaşinqtonda Sarkisyan ilə baş tutan görüşdə bildirib ki, prosesin Minsk Qrupu çərçivəsindən kənara çıxarılması cəhdləri yersizdir", - deyə Ermənistan hökuməti rəhbərinin mətbuat katibi Diana Mnatsakanyan cümə axşamı "Novosti-Armeniya" agentliyinə məlumat verib.

Bununla əlaqədar Baş nazir qeyd edib ki, Ermənistan danışıqlar prosesini davam etdirməyə hazırdır və yalnız bir tərəfli qaydada ərazi bütövlüyü prinsipini qeyd edən və digər eyni dərəcəli beynəlxalq hüquq prinsiplərini nəzərə almayan bəyanatları (formatın dəyişdirilməsinə dair) təhlükəli hesab edib.

Xəbər lenti

Xəbər lenti