...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Noyabr 2008 10:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 9-da saat 12.20-dən 12.40-dək və noyabrın 10-da saat 01.40-dan 02.05-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Mosesqex və Çinarlı kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 14.45-dən 15.10-dək, 16.20-dən 16.35-dək, 18.30-dan 19.15-dək və 20.45-dən 21.15-dək fasilələrlə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16.45-dən 17.05-dək və noyabrın 10-da saat 05.00-dan 05.15-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Aşağıseyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 20.00-dan 20.30-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, noyabrın 10-da saat 05.00-dan 05.30-dək Tərtər rayonunun Yarımca və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti